6 Oktyabr 2021 21:50
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə məlumat verib.

Onun sözlərinə görə, mis əritmə zavodu və yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacaq: "Mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən "Geopromining" şirkəti ilə yeni atom elektrik stansiyasının inşası üçün danışıqlara başladıq. Əlbəttə, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki atom elektrik stansiyası tamamilə şəxsi təşəbbüs ola bilməz".


Müəllif: Teleqraf.com