7 Oktyabr 2021 12:50
3 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə və polisə koronavirus xəstəliyinə qarşı peyvəndlər haqqında yalan məlumat yayanları dərhal həbs etməklə bağlı göstəriş verib.

Teleqraf.com xəbər verir ki, N.Paşinyan bu göstərişi hökumətin oktyabrın 7-də keçirilən iclasında verib.

“İmkanlardan istifadə edərək insanları peyvənd etməyən və peyvəndləri korlayan həkimlərə qarşı da ciddi tədbirlər görülməlidir. Baş prokurorluğa və istintaq orqanlarına da müraciət edirəm. Heç kim hökumətin peyvəndləmə tədbirlərinə mane ola bilməz”, - deyə o, hökumət iclasında deyib.

Nikol Paşinyan qeyd edib ki, peyvənd olunanların sayı azdır və dövlət idarəetmə sistemində peyvənd edilməmiş heç kim olmamalıdır.


Müəllif: Səxavət