13 Oktyabr 2021 12:53
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan yaxın vaxtlarda İranla “Fars körfəzi – Qara dəniz” nəqliyyat dəhlizinin yaradılması haqqında saziş imzalamağa ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Hindistanın xarici işlər naziri Subramaniyam Cayşankarla keçirdiyi birgə mətbuat konfransında bildirib.

““Fars körfəzi – Qara dəniz” təşəbbüsünə gəlincə, ən aktual informsiyanı verə bilərəm. Biz dünən bu məsələni İran tərəfi ilə müzakirə etdik, kifayət qədər dinamik bir prosesimiz var. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə ilə bağlı imzalanmış sazişimiz olacaq”, - deyə o qeyd edib.


Müəllif: Səxavət Həmid