25 Oktyabr 2021 15:28
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nəqliyyat kommunikasiyalarının gələcəkdə blokdan çıxarılması daha dərin blokadaya səbəb olacaq”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, hazırda “Ermənistan” parlament fraksiyasına rəhbərlik edən topal Seyran Ohanyan söyləyib.

Faktiki olaraq sülhə və regionda sabitliyə qarşı çıxaraq revanşist düşüncəyə üstünlük verən Ohanyan bildirib ki, müharibədən sonra da erməni hakimiyyəti heç bir nəticə çıxarmayıb: “Ardıcıl məğlubiyyətlər davam etdi, Azərbaycan, türklər Ermənistanın sərhədlərində qaldılar, ən mühüm strateji nöqtələri, yəni yüksəklikləri, yolları, Ermənistanın sərhədyanı yaşayış məntəqələrinin həyat qabiliyyətini təmin edən infrastrukturları nəzarətə götürdülər”.

Topal Ohanyanın fikrincə, bu gün bu vacib strateji məqamlar həm də Ermənistana spekulyasiya və təzyiq üçün bir səbəbdir.

Ohanyan bildirib ki, onların son bir ayda keçirdikləri tədbirin məqsədi milli müqaviməti formalaşdırmaqdır. O, iddia edib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağın taleyinin üstündən xətt çəkməkdir.

Qəribədir ki, Ohanyan bu zaman Rusiyanın vasitəçiliyindən bəhs etməyib, daha çox erməni hökumətini hədəfə gətirib ki, burada da məqsəd vəziyyətdən daxili mübarizə naminə istifadədir.


Müəllif: Nemət