26 Oktyabr 2021 12:45
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Ermənistan iqtisadiyyatına investisiya yatırılması perspektivlərinə nikbin baxır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Bizim iqtisadi əməkdaşlıq üçün çox yaxşı perspektivlərimiz var. Biz bu perspektivlərə kifayət qədər nikbin baxırıq və hesab edirik ki, həqiqətən də Ermənistanda Rusiya investorları, o cümlədən iri sərmayədarlar üçün cəlbedici ola biləcək bir sıra sənaye sahələri var”, - Rudenko bildirib.

Bir müddət əvvəl Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvax demişdi ki, Rusiyanın Ermənistandakı 2.2 milyard dollarlıq investisiyası daha 1 milyard dollar artırılacaq. O, bu vəsaitlərin enerji, infrastruktur və nəqliyyata yönəldiləcəyini bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu