27 Oktyabr 2021 17:41
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan parlamentinin iclasında Mərkəzi Bankın idarə heyətinin üzvü vəzifəsinə namizədin müzakirəsi zamanı hakim “Mülki müqavilə” partiyasından olan deputat Artur Ovanisyan bildirib ki, indiki Erməni müxalifəti qisasçıların yığıncağıdır.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, hakim partiyadan olan deputatın iddiasına müxalifət sərt reaksiya verib.

Müxalif “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan buna yerindəcə reaksiya verib.

“Revanşistlər dedikdə nəyi nəzərdə tutursunuz?”, - deyə Ohanyan soruşub. Ovanisyan isə nifrəti nəzərdə tutduğuna işarə edib.

Bundan sonra müxalifətdən olan deputatlarla hakim çoxluq arasında mübahisə yaranıb. Hətta konfrans zalını tərk etmək təklifləri də verilib. Müxalifətçilər qarşıdurmanın başqa yerdə davam etdirilməsini təklif ediblər.

Vitse-spiker Akop Arşakyan zorla tərəfləri sakitləşdirə bilib.


Müəllif: Nemət