28 Oktyabr 2021 13:00
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan İkinci Qarabağ müharibəsində silahlanma məsələsində Azərbaycandan geri qalıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın prezidenti Armen Sarkisyan Rusiyanın RBK telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan bu müharibəyə hazır olmalı idi: "Ermənistan müharibədə hazırlıq və hərbi-texnoloji baxımdan Azərbaycandan geri qalıb. Bizim pilotsuz uçuş aparatlarımız olmalı idi, öz aparatlarımızı yaratmalı idik. Ermənistan bu cür müharibəyə, 21-ci əsrin müharibəsinə hazır olmalı idi".


Müəllif: Teleqraf.com