28 Oktyabr 2021 17:07
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlamağa hazırdır”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O əlavə edib ki, bu məsələ rusiyalı həmkarları ilə də müzakirə olunur: “Həm Ermənistan, həm də Türkiyə hər iki tərəfdən müsbət siqnalların olduğunu qeyd edir”.

Türkiyənin Zəngəzur dəhlizinin yaradılmasını şərt kimi irəli sürməsinə gəldikdə Qriqoryan bildirib ki, Ermənistanın bu məsələdə mövqeyi aydındır: “Əhəmiyyətli bir açıqlama kimi baş nazirin müavinləri səviyyəsində üçtərəfli komissiyada qeyd edilib ki, bütün yollar keçdikləri ölkələrin suverenliyi altında qalacaq. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk da danışıb".


Müəllif: Nemət