2 Noyabr 2021 13:42
1 885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş prokuroru Artur Davtyan sərhəd insidentlərinin qarşısını almaq üçün üçtərəfli mexanizm yaratmağı təklif edib.

Teleqraf.com-un məlumatına görə, Artur Davtyan Ermənistan İctimai Televiziyaya müsahibəsində deyib ki, bu təklifi sentyabrın 23-də Nursultanda Rusiya Federasiyası və Azərbaycanın Baş prokurorları ilə üçtərəfli görüş zamanı səsləndirib.

“Sərhəd insidentləri ilə bağlı mümkün üçtərəfli mexanizmlərin formalaşdırılmasının zəruriliyi ilə bağlı məsələ qaldırdım. Mən bunu onunla izah etdim ki, istənilən sərhəd insidentini həmişə tərəflərdən biri yarada bilər və kulminasiyanın nə olacağına heç kim zəmanət verə bilməz”, - Davtyan bildirib.

Ermənistanın baş prokuroru deyib ki, bu mexanizmlərin müsbət təsiri o halda olacaq ki, hər bir belə hadisənin üstü açılsın və günahkarlar məsuliyyətə cəlb olunsun: “Hər bir hərbi qulluqçu bilməlidir ki, əldə edilmiş razılaşmaların cinayətlə pozulması cinayət nəticələrinə səbəb olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər