Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan vəzifəsindən azad edilib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Gevorqyanın özü məlumat verib.
O, öz istəyi ilə tutduğu postdan azad olunduğunu deyib:
“Baş nazirin mətbuat katibi vəzifəsində işlədiyim dövr Ermənistan üçün çətinliklərlə dolu olub. 2018-ci il inqilabının əsasını təşkil edən dəyərlərə sadiq qalmağa çalışdım. Bu vəzifədə ümidlərini doğrultmadığım hər kəsdən üzr istəyirəm”.