İrəvanda qanqsterlərin mübahisəsi baş verib və nəticədə 4 nəfər öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Shamshyan.com saytı məlumat yayıb.
Gecə saat 02:50 radələrində Kanaker rayonundakı evlərdən birində atəş səsi gəldiyinə dair polisə operativ informasiya daxil olub. Daha sonra əməliyyatçılar hadisə yerinə gedib. Göstərilən ünvana gələn əməliyyatçılar evin həyətində iki nəfərin meyitini aşkar ediblər. Az sonra məlum olub ki, hadisə yerindən iki nəfər aparılıb. Amma onların ikisi də yolda ölüb.
Qanlı döyüşün baş verdiyi ərazidə müxtəlif növ silahlar, güllələr, gilizlər, bıçaq, qan izlərinə rast gəlinib.
Erməni mediasına informasiya ötürən mənbələr qeyd edirlər ki, öldürülən şəxslərdən biri kriminal aləmdə “Kanakerski Tui” ləqəbli şəxsdir. Eyni zamanda "razborka"da sabiq deputat Artuş Simonyan da həlak olub. Ehtimal olunur ki, 4 nəfərin öldürüldüyü qarşıdurmada daha 4 nəfər də yaralanıb. Yaralılar arasında sabiq deputatın oğlu da var.
Faktla bağlı cinayət işi başlanıb.
Hadisə yerindən 45 patron, 4 tapança, 2 dolu pulemyot aşkar edilib.