15 Noyabr 2021 10:23
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Mülki Müqavilə” Partiyası Sünikdə (Zəngəzurda) seçkiləri uduzdu.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Sünikin mərkəzi sayılan Qafanda bələdiyyə seçkilərini millətçi “Blok Şant” udub.

52 seçki məntəqəsinin 48-də seçkilərin nəticələri hesablanıb. Qafanda millətçi bloka Gevorq Parsyan rəhbərlik edir. Ona seçicilərin 70,64 faizi səs verib.

Nikol Paşinyanın partiyası isə 29,36 faiz səs ala bilib.

Qeyd edək ki, Paşinyanın partiyasının öndə olduğu İcevan və Stepanavandan fərqli olaraq Qafanda seçkilərdə rekord fəallıq müşahidə edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər