16 Noyabr 2021 13:10
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazirin keçmiş müavini Suren Papikyan müvəqqəti olaraq Ermənistan Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini tutacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

“Ermənistan hökumətindəki mənbələrimizin bildirdiyinə görə, Nikol Paşinyan Müdafiə Nazirliyini Papikyana sırf hərbi idarədə baş verənləri başa düşmək məqsədi ilə həvalə edib”, - qəzet bildirib.

“Joxovurd” onu da qeyd edib ki, Baş nazir Nikol Paşinyan Müdafiə Nazirliyini möhkəm “silkələmək” niyyətindədir:

“Bunun nəticəsində bir çox idarə rəisləri, o cümlədən yüksək rütbəli hərbçilər və generallar, xüsusən də baş qərargah rəisi Artak Davtyan və onun müavinləri yola salınacaq”.

“Past” qəzeti isə yazıb ki, hərbi rəhbərlikdə “təmizləmə əməliyyatı” bir nazir dəyişikliyi ilə məhdudlaşmayacaq. Qəzetin iddiasına görə, yaxın vaxtlarda həm Müdafiə Nazirliyində, həm də Baş Qərargahda köklü dəyişikliklər gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər