Noyabrın 16-da düşmənin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı qarşıdurmada ölən erməni hərbçilərdən 6-nın adı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr 1990-cı il təvəllüdlü baş leytenant Taron Saakyan, 1991-ci il təvəllüdlü, müqaviləli hərbçi Merujan Arutyunyan, müqaviləli hərbçi, 1990-cı il təcəllüdlü Qurgen Sərkisyan, 1998-ci il təvəllüdlü kiçik çavuş Artur Martirosyan və müqaviləli hərbçi, 1980-ci il David Alberti Amiryanın qarşıdurmada öldüyünü yazıb.
Qəzet ölmüş daha bir əsgərin kimliyinin hələ də araşdırıldığını, itkinlərin tapılması üçün araşdırmanın davam etdiyini bildirib.
Nəşr bundan başqa 13 nəfərin Azərbaycan ordusuna əsir, 20-dən çox hərbçinin isə itkin düşdüyünü qeyd edib.
Bundan əvvəl Ermənistan tərəfi iki hərbçinin öldüyünü açıqlamışdı. Beləliklə, təxribatları nəticəsində ölən hərbçilərinin sayının 8 olduğu etiraf edilib.