20 Noyabr 2021 15:41
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ilə ilkin şərt olmadan münasibətlərimizi normallaşdırmağa hazırıq, bunu dəfələrlə bəyan etmişik”.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın “Le Fiqaro” qəzetinə müsahibəsində Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz dialoqun başlaması üçün Türkiyədən müsbət siqnallar almışıq, amma vəziyyət hələlik mürəkkəbdir. Ankaranın yeni şərtləri var. Bunların arasında Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz də mövcuddur”, - Mirzoyan bildirib.

Bu dəhliz haqda danışan nazir qeyd edib ki, dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verməlidirlər: “Bölgədəki bütün kommunikasiya kanalları yenidən açılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər