21 Noyabr 2021 13:56
615

Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Telefon danışığı zamanı Cənubi Qafqaz regionundakı vəziyyət və vəziyyətin stabilləşməsi üçün 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan razılaşmaların reallaşması istiqamətində görülən tədbirlərin müzakirəsi davam etdirilib.

Nikol Paşinyan Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirib.


Müəllif: Teleqraf.com