22 Noyabr 2021 17:40
2 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində biz M 2 Gorus-Qafan avtomobil yolunun yalnız bir hissəsinin itirilməsi ilə məhdudlaşmadıq, Qafan-Çakten yolunu da itirdik”.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bunu “Ermənistan” müxalifət blokunun deputatı Vahe Akopyan bildirib.

Deputatın sözlərinə görə, Anqexakot-Şaqat yolu intensiv şəkildə çəkilir: “Google-a baxsanız, Naxçıvanla sərhədin daha da uzağa getdiyini görə bilərsiniz. Artıq azərbaycanlılar orada gömrük terminalını tikib başa çatdırıblar. Onların bu sahədəki fəaliyyəti ən azı belə nəticəyə gəlməyə imkan verir ki, azərbaycanlılar bu ərazidən keçməyə çalışacaqlar”.

Akopyan qeyd edib ki, Paşinyan razılaşmalardan geri çəkilməyə çalışır.


Müəllif: Nemət

Oxşar xəbərlər