23 Noyabr 2021 00:44
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi eks-prezident Serj Sarkisyana qarşı ittiham irəli sürüb. Ona qarşı yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində qurumun mətbuat katibi Mariam Ohancanyan bildirib.

M.Ohancanyan deyib: "Korrupsiyaya qarşı mübarizə komitəsinin araşdırdığı iş çərçivəsində Serj Sarkisyana qarşı ittiham irəli sürülüb. Ona qarşı yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə tədbiri seçilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər