Ermənistanın Tavuş regionunda güllələnmiş hərbçi meyiti aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət keçən 2001-ci il təvəllüdlü əsgər Suren Avetisyanın meyiti aşkarlanıb.
O, başından aldığı güllə yarasından ölüb.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.