30 Noyabr 2021 16:32
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.

Teleqraf.com xəbər verir ki, N.Paşinyan Ermənistan və Avropa İttifaqı arasında səmərəli əməkdaşlığı yüksək qiymətləndirib və yaxın gələcəkdə Brüsseldə Şərq Tərəfdaşlığı sammitinin keçirilməsinin vacibliyini vurğulayıb.

Nikol Paşinyan və Toyvo Klaar dekabrın 15-də keçiriləcək sammitin gündəliyi ilə bağlı məsələləri də müzakirə edib. Söhbət zamanı ikitərəfli əlaqələr, o cümlədən regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Toyvo Klaar Avropa İttifaqının Ermənistan-Aİ əlaqələrini gücləndirmək üçün səylərini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər