1 Dekabr 2021 13:12
13 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan gömrükçüləri Qafan-Gorus yolunda xidmət göstərməyə başlayıb.

Teleqraf.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistan Gömrük Komitəsinin sədri Rüstəm Badasyan deyib.

Badasyan bildirib ki, gömrükçülər hələlik öz əsas funksiyalarını yerinə yetirmir: “Bu, avtomobillərin Ermənistan sərhədini keçdiyi hallarda olacaq”.

Erməni gömrükçülərin harada və hansı statusda olduğunu deməyən Badasyan qeyd edib ki, Azərbaycana məxsus avtomobilin Ermənistan sərhədini keçməsi halı olmayıb”.


Müəllif: Nemət

Oxşar xəbərlər