1 Dekabr 2021 19:13
5 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti, Respublika Partiyasının lideri Serj Sarkisyan bu gün deyib ki, “KTMT-yə üzv bəzi dövlətlərin KTMT-yə üzv olmayan dövləti KTMT üzvü olan dövlət üzərində hərbi qələbəsi münasibəti ilə nə üçün salamlayıb təbrik etməsini Ermənistan cəmiyyətinə inandırıcı şəkildə izah etmək çətindir”.

Teleqraf.com xəbər verir ki, Serj Sərkisyan bunu “XXI əsrin qlobal çağırışları. Partiyalararası ölçü” mövzusunda keçirilən beynəlxalq partiyalararası videokonfransda deyib.

“Dövlətlərin xarici siyasətinin daha rasional xarakter aldığını əmin etmək adəti qəbul olunub. Bu kontekstdə etiraf etmək lazımdır ki, rasionalizm sinizmdən ədəb adlanan kövrək sərhədlə ayrılır. Ədəb böhranı, əxlaq böhranı, ədalət böhranı. Mən bunu müasir dünyada reinterpretasiyasını ən mühüm hesab etdiyim problemlərdən biri hesab edirəm. Məsələn, Ermənistan cəmiyyətinə inandırıcı şəkildə izah etmək çətindir ki, bəzi KTMT-yə üzv dövlətlər nə üçün KTMT-yə üzv olmayan ölkəni KTMT üzvü olan dövlət üzərində hərbi qələbəsi münasibətilə salamlayır və təbrik edir”, - deyə S.Sərkisyan bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığı qələbə münasibətilə Azərbaycanı KTMT-yə üzv olan Qazaxıstan, Qırğızıstan və Belarus liderlərini təbrik edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər