9 Dekabr 2021 10:33
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun 2003-cü il təvəllüdlü əsgəri Senik Saakyan ağır güllə yarası alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada olayın cənub-şərq istiqamətində yerləşən N saylı hərbi hissədə baş verdiyi bildirilib.

İlkin məlumata görə, Saakyanı əsgər yoldaşı güllələyib.

Əsgərin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər