13 Dekabr 2021 13:36
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan rəhbərliyi Türkiyə ilə düşmənçilikdən əl çəkərək, onunla münasibətləri normallaşdırmaq üçün vasitəçilər axtarır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Suren Sərkisyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti artıq anti-Türkiyə prosesindən imtina edib:

“Düşünürəm ki, Ermənistan hakimiyyətinin rəsmi və ya qeyri-rəsmi anti-Türkiyə platformalarına, beynəlxalq alyanslara və standartlarına qoşulmadığını görmüsünüz. Məhz bu imtinanın nəticəsidir ki, hakimiyyət Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün vasitəçilər axtarır. Bu, danılması mümkün olmayan həqiqətdir. Ən narahat edən məqam budur ki, hakimiyyət Türkiyəyə qarşı müqavimət göstərməkdən əl çəkib”.

Sərkisyan iddia edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün birtərəfli güzəştlərə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər