15 Dekabr 2021 15:04
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeni aviaşirkəti “FlyOne Armenia” Moskvaya planlaşdırılan ilk uçuşunu həyata keçirə bilməyib.

Teleqraf.com xəbər verir ki, aviaşirkət dekabrın 15-də Moskvaya ilk uçuşunu həyata keçirməli idi.

Aviaşirkətin təyyarəsi İrəvan vaxtı ilə saat 07:00-da Rusiya paytaxtına uçmalı və saat 13:40-da İrəvana qayıtmalı idi. Amma uçuş ləğv edildi.

Daha sonra aviaşirkət reysin təxirə salınmasının səbəbi kimi Rusiyanı göstərib. Qeyd edilib ki, uçuş epidemioloji vəziyyətlə bağlı səlahiyyətli Rusiya orqanlarının narahatlığı səbəbindən ləğv edilib.

Aviaşirkət elan edib ki, digər istiqamətlər üzrə uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, hava yolu şirkətinin elan edilmiş istiqamətlər arasında Tehran, Lion, Təl-Əviv, Krasnodar, Tbilisi və İstanbul var.


Müəllif: Nemət

Oxşar xəbərlər