Ermənistan Baş Prokurorluğunun qarşısında etiraz aksiyası keçirilir
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Ali Məhkəmə Şurasının binası qarşısında toplaşan etirazçılar Ermənistan Baş Prokurorluğunun binasına doğru yürüş ediblər.
Aksiya iştirakçıları prokurorluqdan qanun çərçivəsində hərəkət etməyi, hakimiyyətin cinayətlərinə hüquqi qiymət verməyi, Nikol Paşinyandan "qəyyum mələyi" kimi çıxış etməməyi tələb edirlər.
Aksiyada Ermənistanın revanşist qüvvələrinin təmsilçiləri xüsusi fəallıq göstərirlər.