Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın "Zvartnots" beynəlxalq hava limanında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə yanğınsöndürənlər, kinoloqlar, istehkamçılar, psixoloqlar və xüsusi xilasetmə dəstələri cəlb edilib.
Qurğunun axtarışı davam edir.