20 Dekabr 2021 15:44
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçi və Brüssel görüşlərindən sonra ölkənin və regionun dinc inkişaf erasını açmaq imkanını görürəm.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün milli təhlükəsizlik orqanları əməkdaşlarının gününə həsr olunmuş iclasda deyib.

“2020-ci il göstərdi ki, bir çox hallarda dövlət institutlarının institusional inkişafı ilə bağlı problemimiz var. Biz bir çox hallarda uzun illər xidmətin məzmunu ilə dövlət orqanları üçün müəyyən imic yaratmağa nail oluruq, lakin bəzən görürük ki, həmin qurumlar kifayət qədər imkanlarla, o cümlədən texniki, maddi, sistemli təmin olunmur. Bu, hazırda bizim ən böyük problemimizdir ki, biz dövlət orqanlarının, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin nəhayət, bu gün fəaliyyət göstərdikləri mühitə uyğun olmasına əmin ola bilək. Texnologiya və texnologiyaların gündən-günə inkişaf etdiyi, praktiki həyata tətbiq edildiyi XXI əsr şəraitində bu sahədə geri qalmaq ölkənin qarşısında duran vəzifələrin öhdəsindən gələ bilməmək deməkdir”.

Nikol Paşinyan bildirib ki, Soçi və Brüssel görüşlərindən sonra ölkənin və regionun dinc inkişafı erasını açmaq üçün fürsət görür:

“Hökumət bu istiqamətdə irəliləyiş əldə etmək üçün əlindən gələni edəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər