23 Dekabr 2021 19:56
3 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan polisinin icazəsilə bu gün “Ölkə üçün həyat” partiyasının sədri, partiyanın bələdiyyə seçkilərindəki namizədi Volodya Qriqoryan meriya binasına daxil ola bilib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Volodya Qriqoryanın Parakarın meri seçildiyini hesab edən partiyası bu gün Mədəniyyət evinin qarşısında tribuna quraraq andiçmə mərasimi təşkil edib.

Bundan sonra Qriqoryan vətəndaşların müşayiəti ilə meriyanın binasına yaxınlaşsa da, polis əməkdaşları onu içəri buraxmayıblar.

Cavab olaraq icmanın sakinləri Zvartnots hava limanına gedən yolu bağlayıblar. Daha sonra polis vətəndaşları ərazidən uzaqlaşması üçün güc tətbiq edib.


Müəllif: Nemət

Oxşar xəbərlər