Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç arasında görüşün vaxtı barədə hazırkı vaxtda razılıq yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan bildirib.
O, həmçinin qeyd edib ki, görüşün Moskvada keçirilməsi imkanları müzakirə olunur.