2 Yanvar 2022 12:10
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda son sutkada daha 27 nəfərdə COVID-19 aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 345 007-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 7 977-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 507 nəfərdir. İndiyədək 331 858 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 665 aktiv koronavirus xəstəsi var.


Müəllif: Teleqraf.com