Yeni ilin qeyri-iş günlərinin sayının azaldılması əsaslandırılmış qərardır və bu, növbəti illərdə daha çox işə və konkret nəticələrə diqqət yetirməli olduğumuzu vurğulayır. Bu siyasət müvəqqəti deyil, biz bu həyat tərzinə öyrəşməliyik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.
“Biz 2022-ci ilə kifayət qədər ciddi islahatlarla start veririk”, - deyə Nikol Paşinyan bildirib.
Eyni zamanda Nikol Paşinyan deyib ki, bu, vətəndaşların istirahət hüququnu heç bir şəkildə azaltmır: “Qanunda işləyən vətəndaşlar üçün 20 iş günü, əlavə olaraq 12 qeyri-iş günü istirahət nəzərdə tutulub”.