Erməni şahmatçı Harri Kasparov Ermənistan Baş naziri Nikol Paşinyanı Qazaxıstanda baş verən qırğınlarda şərik olmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, o, Paşinyanın KTMT-nin sülhməramlı missiyası çərçivəsində Qazaxıstana hərbi qüvvə göndərmək qərarını utancverici adlandırıb.
“Nikol Paşinyanın Qazaxıstanın işğalı planının həyata keçirilməsində fəal iştirak edən və bununla da bugünkü qırğınlara şərik olmuş davranışı utancvericidir. Paşinyanın dinc inqilab nəticəsində hakimiyyətə gəlməsi onu daha da kinli edir. Öz xalqının təhlükəsizliyini başqa xalqların qanı bahasına təmin etmək mümkün deyil”, - şahmatçı bildirib.