Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan hökumətin türk mallarının idxalına qoyulan qadağanı aradan qaldırmaq üçün siyasi mülahizələri rəhbər tutduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.
“İqtisadiyyata cavabdeh bir qurum olaraq biz son bir ildə fəaliyyətə başlayan şirkətləri mütləq diqqətlə izləməli, qorumalı və onların inkişafının təhlükə altında qalmamasına, bazardan kənarda qalmamasına diqqət yetirməliyik. Problemlər yaranarsa, vəziyyəti izləyirik və görürük ki, investorların biznesləri Türkiyə mallarının rəqabətinə tab gətirəcək qədər inkişaf etmədiyi üçün təhlükə altındadır, bu halda investorları qorumaq üçün müəyyən proqramlar tətbiq edəcəyik”.
Vahan Kerobyan qeyd edib ki, o, Türkiyə mallarının idxalına qoyulan qadağanın uzadılmasını şəxsən dəstəkləyib:
“Lakin kollegial orqan olan hökumət belə kollegial qərar qəbul edib”.