23 Yanvar 2022 22:27
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın istefa vermiş Prezidenti Armen Sarkisyan administrasiyasının rəhbəri Emil Tarasyanı vəzifəsindən azad edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ermənistan liderinin saytı xəbər verib.

"Emil Tarasyan Ermənistan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin", - prezidentin saytında yerləşdirilən sərəncamda deyilir.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan bu gün istefa verdiyini açıqlayıb. O, buna əsas səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər