24 Yanvar 2022 13:18
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Görünən odur ki, ötən il Ermənistan parlamentinə keçirilən növbədənkənar seçkilər bütün suallara cavab vermədi və ölkəni ciddi daxili siyasi böhrandan çıxara bilmədi”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin Armen Sərkisyanın Ermənistan prezidenti postundan istefa verməsi ilə bağlı qərarını şərh edərkən deyib.

“Hamı başa düşür ki, onun qərarların qəbulundakı rolu, ən yaxşı halda İngiltərə kraliçasının roluna endirilib. Bu istefa çoxdan gözlənilirdi. Bunun belə gec baş verməsi yalnız təəccüb yarada bilər”, - Zatulin qeyd edib.

Onun fikrincə, Armen Sərkisyanın qərarının əhəmiyyəti ondan ibarətdir ki, bu, həqiqətən də Ermənistandakı ağır vəziyyəti səciyyələndirir.

Zatulin Paşinyanı da istefaya çağırıb və qeyd edib ki, onun hakimiyyətdə qalması Rusiyanı çox ciddi şəkildə narahat edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər