“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılmasında israrlı olmaya bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Respublikaçı Partiyası sədrinin müavini Armen Aşotyan deyib.
Onun sözlərinə görə, Paşinyan Qarabağın Azərbaycandan kənarda “status” alması, buradakı ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” üçün heç bir səy göstərməyəcək.
“Bir neçə aydır ki, bu barədə danışır, əllərini ovuşdurur. Dünən Nikol bir daha göstərdi ki, onun siyasətinin məqsədi Qarabağın bir daha heç vaxt “erməni ərazisi” olmayacağına inam yaratmaqdır”, - Aşotyan qeyd edib.
Aşotyan Paşinyanın Ermənistanın hələ 1991-1992-ci illərdə Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə sözlərini xatırladıb.