26 Yanvar 2022 21:28
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşılıqlı təhqirdən və bir-birinə hücum etmədən sonra Ruben Akopyan Ermənistan Televiziya və Radio Komissiyasının vakant üzvü vəzifəsinə namizədliyini geri götürüb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Akopyanın keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin Təhsil, elm, mədəniyyət, diaspor, gənclər və idman daimi komissiyasının iclasında onun namizədliyinin müzakirəsi zamanı insident yaşanıb.

Akopyan vurğulayıb ki, komissiyanın iclasının bu qədər uzun sürdüyü bir hadisə xatırlanmayacaq:

“KTR-nin üzvlüyünə namizəd məsələsi iki gün komissiyada müzakirə olundu və bütün bu müddət ərzində gündəlikdə praktiki olaraq heç bir müzakirə aparılmadı. Bütün bunlar təhqir və ittihamlarla qaynayıb-qarışıb. Komissiyanın iclasında bütün bu ittihamlara cavab verəcəkdim, amma müzakirələr nəticəsində başa düşdüm ki, namizədliyimi geri götürməliyəm".

Məlumat üçün qeyd edək ki, namizədliyi müxalif “Ermənistan” və “Mənim şərəfim var” fraksiyası tərəfindən irəli sürülən Ruben Akopyan məsələnin müzakirəsi zamanı dava düşüb. Komitənin iclasında əvvəlcə şifahi atışmalar, daaha sonra qarşılıqlı təhqirlər yaşanıb. Bundan sonra Ruben Akopyan binanı tərk edib və iclasa fasilə verilib.


Müəllif: Nemət

Oxşar xəbərlər