Yanvarın 28-də Ermənistan ordusunun 30 illiyi günündə Rusiya Erməniləri İttifaqında "Qaregin Njde" filmi nümayiş olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat verilib.
Faşist ideologiyasının daşıyıcısı olan, vaxtilə Sovet İttifaqına qarşı döyüşdüyü üçün Rusiyanın ucqar soyuq bölgələrindən birinə sürgün edilən və orada ölən erməni əsilli faşist Qaregin Njde ilə bağlı filmin nümayişi təəccüb doğurub.
Görünən odur ki, Nikol Paşinyanın komandasının "təşkilatçılığı" ilə gerçəkləşən bu addım Rusiyaya qarşı açıq təxribatdır. Hətta Rusiyadan olan siyasi ekspertlər də bu cür düşünür.
Qeyd olunub ki, filmin nümayişi saat 17:00-da Rusiya Erməniləri İttifaqının Gənclər Mərkəzində baş tutacaq.
Maraqlı və paradoks məqamlardan biri də odur ki, filmin nümayiş olunacağı mərkəz "Sovet Ordusu 8" küçəsində yerləşir.