29 Yanvar 2022 15:13
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyada Ermənistanda nasist cinayətkar Njdenin şərəfinə ucaldılmış bütün abidələrin sökülməsini tələb edirlər, təəssüf ki, onların sayı çoxdur. Bu qatı terrorçunun mədh olunmsına son qoyulmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Rusiya Erməniləri İttifaqının Moskvadakı nasist fəaliyyətlərinə diqqət çəkib:

“Polis yanvarın 28-də Moskvada nasizmi reabilitasiya etmək cəhdinin qarşısını aldı. Rusiyanın düz “ürəyində” nasist cinayətkarları mədh edən film nümayiş etdirilməyə cəhd olunub. Amma filmin ortasında zala daxil olan polis nümayişi dayandırıb. Nasizmin tərənnüm edilməsinin qarşısının alınması ilə bağlı qanunun pozulması ilə əlaqədar prokurorluğun qərarını oxudum. Bu dəfə nasizmi Navalnının tərəfdarları üzə çıxarmağa çalışmadı.

Film nasist cinayətkar Qaregin Njdeyə həsr olunub. Rusiya Erməniləri İttifaqı yenidən onu mədh edən film nümayiş etdirməyə cəhd edib. Onlar artıq Rusiyanın Armavir şəhərində nasist cinayətkar Njdenin şərəfinə xatirə lövhəsi qoymağa cəhd göstəriblər. Amma xatirə lövhəsi çoxdan götürülüb. Onun cinayətləri dəfələrlə sübuta yetirilib. Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi dəfələrlə Njdenin diversantlar hazırladığını və onları təxribat və terror aktları törətmək üçün ordumuzun arxasına göndərdiyini sübut edən sənədlər yayımlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu