29 Yanvar 2022 17:38
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Prezidenti Armen Sərkisyanın istefası müxtəlif çevrələrdə müzakirə olunmaqda davam edir və bir çoxları onun istefasından sonra passiv dayanmadığını deyirlər”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri Sərkisyanın istefa qərarından sonra fəal şəkildə siyasətlə məşğul olduğunu bildirib:

“İstefasından sonra onun qərargahı iki-üç bəyanat verdi, Ordu gününə həsr olunmuş mesajı yayımlandı. Təhlilçilər hesab edirlər ki, siyasətdən birdəfəlik əl çəkən şəxs özünü bu cür aparmır və bu, Armen Sərkisyanın gələcəklə bağlı müəyyən planlarının olduğunu sübut edir.

İstefaya gəlincə, görünür, bu, təkcə Nikol Paşinyan və bütövlükdə cəmiyyət üçün yox, həm də onun öz komandası üçün də sürpriz olub. Üstəlik, prezident iqamətgahındakı mənbələrimiz bildirir ki, istefaya bir neçə gün qalmış Armen Sərkisyan qərargahla əlaqə saxlayıb və yeni layihə ilə bağlı bəzi sənədlərin hazırlanması üçün göstəriş verib.

O, Avropa konfransına biletlərin bron edilməsini də tapşırıb və ertəsi gün sifariş ərəfəsində zəng edib bunu ləğv edib. Prezident aparatı da təəccüblənir və baş verənlərlə bağlı izahat tapmır. Düzdür, onun istefası ilə bağlı şayiələr əvvəllər də yayılıb, amma hazırda bunu təsdiq edən heç bir fakt yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu