31 Yanvar 2022 13:03
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim “Vətəndaş müqaviləsi" Partiyası Ermənistan prezidenti postuna namizədlə bağlı qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Erməni nəşrlərinin yazdığına görə, Baş nazir Nikol Paşinyan bu vəzifəyə hazırkı yüksək texnologiyalar sənayesi naziri Vaqan Xaçaturyanın namizədliyini irəli sürəcək.

Xaçaturyan 2021-ci il avqustun 4-dən yüksək texnologiyalar sənayesi naziri postunu tutur.

Ermənistan Prezidenti Armen Sərkisyan ötən həftə istefa verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər