Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə prezidenti Armen Sərkisyanın səlahiyyətlərinə xitam verilməsi haqqında protokolu imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Respublika prezidentinin istefası haqqında ərizəyə əsasən və Ermənistan Respublikası konstitusiyasının 142-ci maddəsinin və Milli Assambleya reqlamentinin 147-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 2-ci bəndinin tələblərini rəhbər tutaraq assambleya prezident Armen Sərkisyanın səlahiyyətlərinə xitam verir”, - deyə protokolda bildirilir.