“Ermənistan parlamentindəki müxalif fraksiyalar prezidentliyə namizəd məsələsində çətin dilemma qarşısındadır”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, müxalifət parlament çoxluğunun (hakim “Vətəndaş Müqaviləsi” Partiyası) onun namizədini seçməyəcəyini bilə-bilə namizəd irəli sürməkdə tərəddüd edir.
“Deyəsən, “Mənim şərəfim var” fraksiyası qərara gəlib ki, hər şeyə rəğmən, namizəd irəli sürməyəcək, “Ermənistan” bloku irəli sürərsə, onun namizədini dəstəkləyəcək. Bu yaxınlarda Respublikaçı Partiyası keçmiş ədliyyə naziri David Arutyunyanın namizədliyini müzakirə etsə də, sonuncu bununla razılaşmayıb. “Ermənistan” bloku hələlik yekun qərarını verməyib”, – qəzet yazıb.
Hakim “Vətəndaş müqaviləsi" Partiyasının isə prezident postuna namizədlə bağlı qərar verdiyi bildirilib. Erməni nəşrlərinin yazdığına görə, Baş nazir Nikol Paşinyan bu vəzifəyə hazırkı yüksək texnologiyalar sənayesi naziri Vaqan Xaçaturyanın namizədliyini irəli sürəcək.
Ermənistan Prezidenti Armen Sərkisyan ötən həftə istefa verib.