Ermənistan və Türkiyə arasında normallaşma prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç arasında növbəti görüşü fevralın 24-də Vyanada baş tutacaq.
Teleqraf.com xəbəer verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, tərəflər indiyə qədər bir dəfə Moskvada görüşərək müzakirələr aparıb.
İkinci görüşün Vyanada keçirilməsi planlaşdırılır.
Əksər ekspertlər hesab edir ki, tərəflər arasında müzakirələrin İrəvan və ya Ankarada keçirilməsi daha məqsədə uyğun olar.