4 Fevral 2022 11:04
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müxalifəti boş qalmış prezident postuna öz namizədini irəli sürməmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin yazdığına görə, müxalifət hakimiyyətin irəli sürdüyü proqramların legitimləşdirilməsi ilə bağlı ittihamlardan qaçmaq üçün bu qərarı verib.

Qəzet müxalifət bloklarının bu gün birgə bəyanatla çıxış edəcəyini də iddia edib.

Ermənistan Prezidenti Armen Sərkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. O, buna əsas səbəb kimi, dövlət başçısına xarici və daxili siyasətə təsir etməyə imkan verən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.

Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan hakim “Vətəndaş Müqaviləsi” Partiyasından prezidentliyə namizəd olub. Onun namizədliyi Baş nazir Nikol Paşinyan tərəfindən də dəstəklənir.

Erkən seçkilər prezidentin istefasından sonra 35 gündən gec olmayaraq keçirilməlidir. Bu, fevralın 1-də rəsmi olaraq təsdiqlənib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər