4 Fevral 2022 22:56
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş mədəniyyət naziri Hasmik Poqosyanın gəlini çirkli pulların yuyulmasında ittiham olunur və axtarışa verilib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Ermənistan İstintaq Komitəsinin apardığı əməliyyyat nəticəsində Ermənistan Respublikasının keçmiş mədəniyyət nazirinin gəlini Françeska Kutrupinin cinayət yolu ilə əldə etdiyi əmlakın leqallaşdırılmasının halları aydınlaşdırılıb.

İstintaqın məlumatına görə, o, 2011-2014-cü illərdə Britaniya Virciniya adalarında ofşor zonada qeydiyyatdan keçmiş şirkətin direktoru olub. Eyni zamanda cinayət yolu ilə əldə etdiyi əmlakın mənşəyini gizlədib.

Daha sonra o, sözügedən əmlakı xüsusilə böyük miqyasda sərəncam verməyə, onun hüquqlarını bir sıra şəxslərin və Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş şirkətin adına qeydiyyatdan keçirib.

Əldə edilmiş kifayət qədər sübutların cəminə əsasən, Ermənistanın keçmiş mədəniyyət nazirinin oğlunun həyat yoldaşı Françeska Kutrup Ermənistan Cinayət Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə ittiham olunub. O, axtarışda olanlar siyahısına salınıb, barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Nemət

Oxşar xəbərlər