Xankəndində qalan separatçılar özlərinə yeni lider axtarışına çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İrəvanda nəşr olunan “Hraparak” qəzeti bildirir.
Qəzet iddia edir ki, Xankəndidəki separatçılar özləri üçün “lider” axtarışına başlayıb.
“Maraq həm keçmiş liderlər, həm generallar, həm də Ermənistan hakimiyyəti və “Soros” qanadı tərəfindən göstərilir. Bəzi dairələr “Təhlükəsizlik Şurasının” hazırkı katibi Vitali Balasanyanı əsas namizəd kimi görsə də, o, özünü hazırda tutduğu vəzifədə gördüyünü bildirib. Digər namizəd kimi “Müdafiə Ordusunun” keçmiş komandanı Levon Mnatsakanyanın adı çəkilir”, - erməni qəzeti iddia edib.
Əlavə olunur ki, separatçıların indiki “rəhbəri” Arayik Arutyunyan Levon Mnatsakanyana dəstək olacağına söz verib. Arutyunyan bir neçə gün əvvəl dar çevrədə bildirib ki, Azərbaycan Qarabağ separatçı hərəkatından keçmiş şəxsin növbəti “prezident” olmasına mane olacaq.
Qəzet həm də qeyd edib ki, Araik Arutyunyan onun namizədliyinə alternativ qoymadan parçalanmaya cəhd edə bilər.