Ermənistan hökuməti ikinci Qarabağ müharibəsindəki insan itkilərinin sayını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, qeyd edib ki, Ermənistan ikinci Qarabağ müharibəsi zamanı 3 812 nəfər itki verib, daha 217 nəfər itkin düşmüş hesab olunur.
Ermənistan müxalifəti ölkənin müharibə itkilərinin 5-7 min nəfər olduğunu iddia edir.
Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 700 nəfəri ötüb.