Ermənistanın keçmiş hakim Respublikaçı partiyasının ali məclisinin üzvü Eduard Şarmazanov Baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Şarmazanov Paşinyanın Türkiyənin uzun illər nəzərdə tutduğu planı həyata keçirməyə başladığını bildirib.
“Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz (Yerasx – Arazdəyən – red.) dəmir yolunun tikintisi türklərin onilliklər boyu arzusu olub. Vehip Paşa, Qarabəkir, Dəmirəl bunu xəyal etmişdi. Kimin ağlına gələrdi ki, gün gələcək, Ermənistanın baş naziri kürsüsündə oturan adam parlamentdə bu pantürk layihəni mədh edəcək. Bununla da bitmir: o, bu türk dəmir yolunu tikəcək işçi qrupunun yaradılmasını tapşırıb”, - Şarmazanov bildirib.